• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi transfer büdcəsini artırıb

İDMAN

01 Yanvar 2024 | 09:50

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi transfer büdcəsini artırıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliya klubu “Braqa” transfer büdcəsini artırıb.

Bakıvaxtı. az xəbər verir ki, rəhbərlik baş məşqçi Artur Jorjeyə daha geniş imkanlar yaradıb.

Komandanın həm Portuqaliya çempionatındakı uğurlu çıxışını, həm də avrokuboklarda mübarizəni davam etdirdiyini nəzərə alan klubun sahibi “Qatar Sports Investments” şirkəti daha çox maliyyə ayırmaq qərarına gəlib. Yeni yatırıma əsasən, rəhbərlik qış və yay fasilələrində heyəti gücləndirə biləcək.

Qeyd edək ki, Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşan “Braqa” liderdən cəmi 5 xal geri qalır. “Qarabağ” bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026