• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Haaland zədəsini sağaltdı

İDMAN

30 Yanvar 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

Haaland zədəsini sağaltdı

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola öz açıqlamasında bildirib. O forvardın komanda ilə məşqlərdə iştirak etdiyini deyib: 

“Erinq Haaland "Bernli" ilə qarşıdakı matçda meydana çıxa bilər. O qayıdıb”.

Xatırladaq ki, norveçli hücumçu ayağındakı zədə səbəbindən dekabrın 9-dan bəri meydana çıxmayıb. Bu mövsüm Haaland "Mançester Siti"nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.

Əlavə edək ki, "Mançester Siti" - "Bernli" görüşü sabah keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026