“Sabah”da icarə əsasında çıxış edən Ukrayna “Dinamo”sunun (Kiyev) futbolçusu Kahim Parris karyerasını İsraildə davam etdirə bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Təl-Əviv “Makkabi”sinin maraq dairəsinə düşüb.
İddiaya görə, komanda vinger mövqeyindəki problemi aradan qaldıra bilsə, yamaykalı futbolçunun transferinə ehtiyac olmayacaq.
K.Parrisin “Sabah”la icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Anlaşmaya əsasən, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu transfer etmək hüququna malikdir.