• Bakı 17° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Kvaratsxeliya maaşını üç dəfə artıra bilər

İDMAN

29 Mart 2024 | 15:59

Kvaratsxeliya maaşını üç dəfə artıra bilər

İtaliyanın "Napoli" klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanın maaşını 3 dəfə artıra bilər.

Bakıvaxtı.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağa yaxındır.

Tərəflər hələ də müqavilənin müddəti və təzminatın məbləği barədə razılığa gəlməyiblər. Futbolçunun maaşının illik 1,5 milyon avrodan 4,5 milyon avroya yüksələcəyi gözlənilir.

23 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından neapolluların heyətində çıxış edir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə keçirdiyi 38 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026