• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir cüdoçumuz Avropa çempionu oldu

İDMAN

27 Aprel 2024 | 20:24 | Müəllif: Subhan Mahmudov

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.

E.Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026