• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Salah “Liverpul”un məşqçisi ilə mübahisə edib

İDMAN

27 Aprel 2024 | 23:12 | Müəllif: Subhan Mahmudov

Salah “Liverpul”un məşqçisi ilə mübahisə edib

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının "Vest Hem"lə oyununda əvəzedici kimi meydana çıxmağa hazırlaşarkən klubun baş məşqçisi Yurgen Kloppla mübahisə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb.

Epizod matçın 82-ci dəqiqəsində baş verib. Salahı ehtiyat oyunçular kimi meydana çıxmağa hazırlaşan Darvin Nunes və Co Qomez sakitləşdirib.

Görüş isə 2:2 hesabı ilə başa çatıb.

Almaniyalı mütəxəssis Klopp 2015-ci ilin payızından İngiltərənin "Liverpul"unda çalışır. Onun rəhbərliyi altında "qırmızılar" İngiltərə Premyer Liqası (APL), Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026