• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İDMAN

29 Mart 2024 | 11:10

Qvardiola Mançester Sitidən ayrılmaq istəyir

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə postunu tərk etmək istəyir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı ispaniyalının müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

O, komandanı tərk etmək və məşqçilik karyerasına fasilə vermək istəyir. Mütəxəssis 2016-cı ildən "şəhərlilər"ə rəhbərlik edir.

Mançester təmsilçisi Qvardiolanın rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Mançester Siti” 28 turdan sonra İngiltərə Premyer Liqasında 63 xalla üçüncüdür. Komanda “Arsenal” və “Liverpul”dan 1 xal geri qalır.


SON XƏBƏRLƏR

26 Aprel 2024