• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Lunyov futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir

İDMAN

29 Mart 2024 | 12:59

Lunyov futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir

"Qarabağ"ın qapıçısı Andrey Lunyov futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə Rusiya mətbuatına açıqlama verib.

"Düzünü desəm, penaltilər zamanı qapıçının xəttin üzərində dayanması hücumçuların xeyrinədir. Kimsə deyirdi ki, zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsəydi, az-çox normal olardı. Bunu özüm üçün deyirəm. Başqaları bəlkə də penalti zərbələrini qaytarır, amma mən bu günə qədər nadir hallarda bunu etmişəm. Ona görə də sözügedən qaydanı dəyişmək olar”, - deyə Lunyov bildirib.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.


SON XƏBƏRLƏR

26 Aprel 2024