• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Olimpiya çempionu dələduzluqda ittiham olunur

İDMAN

29 Mart 2024 | 13:25

Olimpiya çempionu dələduzluqda ittiham olunur

Rusiyalı Olimpiya çempionu və "Novosibirsk" klubunun keçmiş baş direktoru Andrey Perlov dələduzluqda ittiham olunur.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsi ona qarşı cinayət işi açıb.

62 yaşlı sabiq idmançı 2020-2022-ci illərdə Novosibirsk təmsilçisinin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Perlov 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında qaçış üzrə qızıl medal qazanıb. O, həmçinin 2 dəfə Dünya Kubokunda komanda yarışlarının qalibi və 6 dəfə SSRİ çempionu olub.


SON XƏBƏRLƏR

26 Aprel 2024