• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"İnter" Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır

İDMAN

29 Mart 2024 | 12:05

İnter Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır

İtaliyanın "İnter" klubu baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bakıvaxtı.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

47 yaşlı mütəxəssisin komanda ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Rəhbərlik İnzaqinin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir.

Qeyd edək ki, "İnter" İtaliya A seriyasında 76 xalla liderdir.


SON XƏBƏRLƏR

26 Aprel 2024