• Bakı 14° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

“Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi

    İDMAN

    26 Aprel 2024 | 11:28

    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi

    Apellyasiya Arbitraj Tribunalı “Neftçi” futbol klubunun şikayətini təmin etməyib.

    Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə matçında qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya olunan “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanski ilə bağlı qərar dəyişdirilməyib.

    Bundan başqa, kluba tətbiq olunan 300 manat cərimə qərarı da qüvvədə saxlanılıb.

    Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.


    SON XƏBƏRLƏR