• Bakı 31° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"Qarabağ"ın matçında azarkeşlərə XOŞ XƏBƏR

İDMAN

24 May 2024 | 22:28

Qarabağın matçında azarkeşlərə XOŞ XƏBƏR

"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Bakıvaxtı.az PFL-in saytına istinadən xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq.

Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək.

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.


SON XƏBƏRLƏR

16 Iyun 2024