• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Samir Abasov  "Barselona"nın prezidenti ilə görüşüb

İDMAN

26 Aprel 2024 | 10:13

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşüb

Təcrübə proqramı çərçivəsində İspaniyada olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə bir araya gələn mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya uyğunlaşması barədə təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək, fikir mübadiləsi aparıb. Azərbaycanlı mütəxəssis ötən gün əsas komandanın məşqini izləyib.


Samir Abasov "Barselona"nın prezidenti ilə görüşübSamir Abasov "Barselona"nın prezidenti ilə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026