• Bakı 13° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

"Real"ın müdafiəçisi karyerasını Almaniyada davam etdirə bilər

İDMAN

26 Aprel 2024 | 11:59

Realın müdafiəçisi karyerasını Almaniyada davam etdirə bilər

İspaniyanın "Real" klubunun müdafiəçisi Rafa Marin karyerasını Almaniya çempionatında davam etdirə bilər.

Bakıvaxtı.az "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Bayer 04" maraqlanır.

Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso şəxsən onun transferində maraqlıdır.

Marin hazırda icarə əsasında "Alaves"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib.

Qeyd edək ki, "Bayer 04" bu mövsüm vaxtından əvvəl Almaniya çempionu olub.


SON XƏBƏRLƏR