• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb

İDMAN

29 Mart 2024 | 15:46

“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb

“Qarabağ” heç bir futbolçusuna görə təklif almayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib: “Biz də bu xəbərləri mediadan oxuyuruq. Ancaq Juninyo və digər futbolçularla bağlı hansısa klubdan təklif almamışıq”.

Qeyd edək ki, Türkiyə mətbuatı hücumçu Olavio Juninyonun “Beşiktaş”ın maraq dairəsində olduğunu yazıb. Həmçinin Leandro Andrade, Andrey Lunyov, Julio Romao və Abdullah Zubirin də adı Avropanın bir neçə klubu ilə birgə hallanıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024