• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ronaldo bu hərəkətinə görə cəzalandırıldı - VİDEO

İDMAN

29 Fevral 2024 | 12:56

Ronaldo bu hərəkətinə görə cəzalandırıldı - VİDEO

Səudiyyə Ərəbistanı Liqasının Etika və İntizam Komitəsi “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldunu “Əş-Şabab” azarkeşlərinə qarşı nalayiq jest etdiyinə görə cəzalandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Ronaldo bir oyunluq diskvalifikasiya olunacaq, bununla da Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hazma” ilə bu gün planlaşdırılan matçda oynamayacaq.

O, bundan əlavə 2,6 min dollar cərimə olunacaq. Portuqaliyalı həm də “Əl-Şabab”a 5,3 min dollar ödəməli olacaq.

Xatırladaq ki, Ronaldo portuqaliyalıya “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 38 yaşlı portuqaliyalı 20 matça çıxıb, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib.

 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024