• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Sabah” bu komandalar ilə qarşılaşacaq

İDMAN

06 Oktyabr 2023 | 09:33

“Sabah” bu komandalar ilə qarşılaşacaq

“Sabah” basketbol komandası müntəzəm mövsümdə Türkiyə, Monteneqro və Çexiya təmsilçiləri ilə qarşılaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, təsnifat mərhələsində yer aldığı qrupu birinci pillədə başa vuran Azərbaycan çempionu bu dəfə D qrupunda mübarizə aparacaq.

Boban Mitevin yetirmələri ilk oyunlarını oktyabrın 18-də keçirəcəklər.

“Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir:

18 oktyabr
“Mornar” (Monteneqro) – “Sabah”
Bar. Topolika İdman Zalı

25 oktyabr
“Sabah” – “Bağçaşəhər” (Türkiyə)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

1 noyabr
“Nimburk” (Çexiya) – “Sabah”
Nimburk İdman Mərkəzi

8 noyabr
“Sabah” – “Mornar” (Monteneqro)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

15 noyabr
“Bağçaşəhər” (Türkiyə) – “Sabah”
İstanbul. Ülkər İdman Zalı

22 noyabr
“Sabah” – “Nimburk” (Çexiya)
Bakı. “Sərhədçi” İdman Mərkəzi

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026