• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ölkəmizin UEFA reytinqindəki mövqeyi AÇIQLANDI

İDMAN

06 Oktyabr 2023 | 09:14

Ölkəmizin UEFA reytinqindəki mövqeyi AÇIQLANDI

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisinin Höteborqda İsveçin “Hakken” klubuna 1:0 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki əmsalı 3,625-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17,875-dir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.

Baş tutan qarşılaşmalar Çexiya, Ukrayna, Kipr, Slovakiya, Kosovo, Finlandiya və Farer adalarının irəliləməsinə, Norveç, İsrail, İsveç, Rumıniya, Bolqarıstan, İrlandiya, Qazaxıstan, Ermənistan, Latviya, Bosniya və Herseqovinanın geriləməsinə səbəb olub.

Reytinqə 91,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR