• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Neftçi” 3 futbolçusunu icarəyə verdi

İDMAN

06 Sentyabr 2023 | 13:09

“Neftçi” 3 futbolçusunu icarəyə verdi

“Neftçi” 3 futbolçusunu icarəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da çıxış edəcək. Hər üç oyunçu cari mövsümün sonuna qədər adıçəkilən komandalarda oynayacaq.

“Turan Tovuz”la icarə müqaviləsinin müddəti başa çatan Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər oyunçulardan Asim Əlizadə ilə başa çatan sözləşmənin müddəti yenilənməyib, Elşad Tağıyevlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən mövsüm əsas komandanın heyətində debüt edən Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR