• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan gedir -YENİLƏNİB

İDMAN

06 Sentyabr 2023 | 14:32

Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan gedir -YENİLƏNİB

Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışarkən deyib.

Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını bildirib: “Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalaması gözlənilir./report

***

13:27

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə yerli “Fanatik” nəşri çıxış edib.

Bildirilir ki, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli statusda çıxış edəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR