• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ın oyununa biletlər bu tarixdə satışa çıxarılacaq

İDMAN

09 Iyul 2023 | 23:10 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın oyununa biletlər bu tarixdə satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 10-u saat 11:00-dan satışa çıxarılacaq.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Azarkeşlər biletləri aşağıdakı satış məntəqələrindən ala bilərlər:

1. “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış);

2. Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026