• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur qapıçı yığmamızla oyuna çıxacaq

İDMAN

08 Avqust 2023 | 17:10

Məşhur qapıçı yığmamızla oyuna çıxacaq

Belçika millisinin futbolçusu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı qapıçı yığma karyerasını bitirmək fikrində deyil.

Son toplanış zamanı kapitanlıq sarğısının ona verilməməsindən narazı qalaraq baş məşqçi Domeniko Tedesko ilə mübahisə edən qolkiper Madriddə Belçika Futbol Assosiasiyasının nümayəndələri ilə görüşüb. Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026