• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Fransa ev sahibliyi hüququndan məhrum edilə bilər

İDMAN

06 Sentyabr 2023 | 19:00 | Müəllif: Subhan Mahmudov

Fransa ev sahibliyi hüququndan məhrum edilə bilər

Ümumdünya Antidopinq Agentliyi (WADA) Fransa Antidopinq Agentliyini (AFLD) tənqid edib.

Bakıvaxtı.az bildirir ki, əgər Fransa tərəfi İdman Arbitraj Məhkəməsinin tələblərinə və məhkəmə təcrübəsinə açıq şəkildə zidd olan tendensiyasını davam etdirərsə, WADA işi daxili işçi qrupuna həvalə etmək və müvafiq tədbirlər görmək məcburiyyətində qalacaq.

WADA Fransanı xüsusən son üç dopinq yoxlamasında yol verdiyi nöqsanlara görə qınayıb və Parisi dopinq yoxlamalarına ciddi yanaşmamaqda ittiham edib.

Eyni zamanda, Fransa Antidopinq Agentliyindən bildirilib ki, WADA Fransa idmançılarının müəyyən beynəlxalq yarışlardan kənarlaşdırılması ilə nəticələnə biləcək prosedurlara başlamaqla hədələyib.

Fransa hətta 2024-cü il Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum edilə bilər./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026