• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Boksçularımız beynəlxalq turnirdə 7 medal qazandı

İDMAN

09 Iyul 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Boksçularımız beynəlxalq turnirdə 7 medal qazandı

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026