• Bakı C

    11.53 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Veteran cüdoçularımız Avropa çempionu oldular

İDMAN

09 Iyun 2023 | 23:22

Veteran cüdoçularımız Avropa çempionu oldular

Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb.

M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar


SON XƏBƏRLƏR

18 Mart 2024