• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Real" bu futbolçunu transfer edir

İDMAN

12 May 2023 | 14:12

"Real" bu futbolçunu transfer edir

Madrid “Real”ı almaniyalı gənc futbolçuya elçi düşüb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya təmsilçisi “Bavariya”nın 20 yaşlı yarımmüdafiəçisi Camal Musialanı heyətə cəlb etməyi planlaşdırır.

Almaniya futbolunun gələcəyi sayılan Musiala Münhen klubunun əsas heyət üzvlərindən sayılır. Bu mövsüm 44 oyunda iştirak edən futbolçu 15 qol vurub, 14 məhsuldar ötürmə verib.

Yaxın günlərdə danışıqlara başlamağa hazırlaşan “Real” yüksək məbləğdə transfer təklifi hesabına oyunçunu Madridə gətirməyə çalışacaq.

Qeyd edək ki, 2019-cu ildə “Bavariya” Akademiyasına keçən Camal 2021-ci ildən əsas komandada çıxış edir. Futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026