• Bakı 14° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Kofeni içib komaya düşdü: ölü həşəratlarla dolu idi

DÜNYA

26 Aprel 2024 | 13:09

Kofeni içib komaya düşdü: ölü həşəratlarla dolu idi

İspaniyada 21 yaşlı qız kofe içəndən sonra komaya düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Mayorka adasındakı hava limanında qeydə alınıb.

Belə ki, o, aeroportda avtomatdan qəhvə aldıqdan sonra dadında dəyişiklik hiss edib, lakin artıq gec olub. Qadın kofenin içinə baxanda çoxlu ölü həşəratların olduğunu görüb.

10 dəqiqə sonra qadının vəziyyəti pisləşib. Allergik reaksiyası olan qadın tualetə gedib. Qayıdandan az sonra sevgilisinə onu görə bilmədiyini deyib.

Hava limanında gözləri qaralmış qadına ilkin tibbi yardım göstərilib. Huşunu itirməmişdən əvvəl ona adrenalin və dərmanlar verilib. Palmadakı xəstəxanaya aparılarkən dərhal reanimasiyaya yerləşdirilib. O, 36 saat reanimasiyada qalıb.

Qeyd edək ki, qızın ailəsi ictimai sağlamlığı riskə atdığı üçün hava limanına qarşı cinayət işi qaldırıb.

Ay Tac


SON XƏBƏRLƏR