• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yeni Dehlidə dəhşətli yanğın - 7 körpə öldü

DÜNYA

26 May 2024 | 10:11 | Müəllif: Subhan Mahmudov

Yeni Dehlidə dəhşətli yanğın - 7 körpə öldü

Hindistan paytaxtının şərqində özəl uşaq baxım mərkəzində baş verən yanğında yeddi yeni doğulmuş körpə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yeni Dehli polisinin bəyanatında deyilir.

Fövqəladə vəziyyətlə bağlı zəngdən sonra hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Binanın birinci mərtəbəsindən 12 uşaq xilas edilib.

Xilasedicilərə yuxarı mərtəbələrdə olan daha yeddi yeni doğulmuş uşağı təxliyə etmək üçün daha çox vaxt lazım olub. Nəticədə uşaqlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.

Yanğının səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırmalara başlanılıb. Uşaq mərkəzinin sahibinə qarşı cinayət iş açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026