• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi

DÜNYA

24 Iyun 2024 | 23:05 | Müəllif: Subhan Mahmudov

ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi

Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Bütün NATO tərəfdaşları tərəfdaşlar sammitində iştirak etməyə dəvət olunur. Onlar da”, – diplomat jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.

Ceyms O`Brayenin sözlərinə görə, Amerika hakimiyyəti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “hazırda getdikcə çox az sayda liderdən qaynaqlanan qərarları və ritorikasından çox narahatdır”. O bildirib ki, Tbilisinin hərəkətləri ölkənin Aİ və NATO-ya üzv olmaq istəklərinə ziddir.

Qeyd edək ki, sammit iyulun 9-dan 11-dək baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026