• Bakı 24° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu, Ərdoğanla Putinin sayəsində mümkün oldu - Fidan

DÜNYA

25 Iyun 2024 | 00:28

Bu, Ərdoğanla Putinin sayəsində mümkün oldu - Fidan

Moskva və Ankara Suriya nizamlanmasında mühüm nəticələr əldə ediblər, lakin Suriyada başqa ölkələrin silahlı qüvvələrinin olması vəziyyəti çətinləşdirir. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan "Habertürk"ə açıqlamasında deyib.

“Bizim və Rusiya tərəfinin Suriyada əldə etdiyi ən mühüm şey odur ki, Suriya rejimi ilə müxalifət arasında müharibə dayanıb. Bu, xüsusilə Türkiyə və Rusiya liderləri səviyyəsində Astana prosesinin, daha sonra isə digər formatların işə salınmasına imkan verən razılaşmalar sayəsində mümkün olub. Düşünürəm ki, bu, ən böyük nailiyyətdir”, – Fidan bildirib.


SON XƏBƏRLƏR