• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

İQTİSADİYYAT

23 Oktyabr 2024 | 09:59

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edib.

Bakıvaxtı.az xəbər verir ki, tenderdə Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 nəzərdə tutulur.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir. Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.

Ehtimal olunan qiymət 157 000 000 manatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026