• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

DÜNYA

23 Oktyabr 2024 | 14:40

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bunu Çin sədri Si Cinpin BRİKS ölkələrinin Kazan sammitində bildirib.

    Çinin lideri deyib ki, maraqlı tərəflər regionda de-eskalasiya üçün səyləri artırmalıdır.

    O, eyni zamanda mümkün müharibələrin qarşısını almaq üçün ümumi təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayıb. Si Cinpinin sözlərinə görə, Afrika, Latın Amerikası, Karib hövzəsi və bir sıra Asiya dövlətlərinin dünya siyasətinə təsirinin artırılması üçün tədbirlər görülməlidir.

    Qeyd edək ki, bir qədər əvvəl BRİKS-ə üzv dövlətlərin Ukrayna məsələsinə dair bəyanat qəbul edəcəyi açıqlanıb.\ Apa


    SON XƏBƏRLƏR