• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıb

DÜNYA

23 Oktyabr 2024 | 14:18

Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıb

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri bütün Yaponiya ərazisini əhatə edəcək genişmiqyaslı "Keen Sword" birgə təlimlərinə başlayıb. 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, hava və raket hücumundan müdafiə üzrə təlimləri əhatə edən iki ildə bir dəfə keçiriləcək hərbi təlimlər noyabrın 1-dək davam edəcək. 

Təlimlərdə 45 minə yaxın hərbçi iştirak edir. Yaponiya tərəfindən 33 000, Amerika tərəfindən isə 12 000 hərbçi təlimlərə qoşulub. "Keen Sword"un bir hissəsi olaraq 40 gəmi və 370 təyyarə yerləşdirəcək. 

Təlimlərə müşahidəçi qismində Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada, Litva, Hollandiya, Yeni Zelandiya, Filippin, Fransa, Cənubi Koreya və NATO nümayəndələri dəvət olunub. 

Gülşən Şərif


SON XƏBƏRLƏR