• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Çin kosmosa yeni peyk qrupu göndərib

DÜNYA

23 Oktyabr 2024 | 13:34

Çin kosmosa yeni peyk qrupu göndərib

Çin "Long March-2C" raketi ilə "Yaogan-43 03" peyklərini kosmosa uğurla buraxıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, ölkənin cənub-qərbindəki Sıçuan əyalətindəki Xichang Peyk Başlatma Mərkəzindən kosmosa buraxılan "Yaogan-43 03" qrup peykləri əvvəlcədən müəyyən edilmiş orbitə uğurla daxil olub.

Sözügedən peyklər əsasən aşağı orbitli peyk bürcləri üçün yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, buraxılış Long March seriyalı raketlərin 542-ci uçuş missiyasıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR