"Bütün mümkün nəticələrə görə məsuliyyət Vaşinqton və Brüsselin üzərinə düşəcək".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
Onun sözlərinə görə, Qərb öz hərəkətləri ilə dünyanı ən təhlükəli nöqtəyə və qlobal münaqişəyə apardığını başa düşməlidir:
"Rusiya prezidenti Vladimir Putin bir daha xəbərdarlıq edib ki, Moskvanın Qərbdən artan eskalasiya dərəcəsinə cavab vermək əzmi və bacarığına şübhə edilməməlidir. Rusiya ordusunda ən son silahlar var və atəşlə oynamamaq daha yaxşıdır. Mən heç kimə Rusiyanın gücünü sınamağı məsləhət görmürəm".
Gülşən Şərif