• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırıldı

DÜNYA

23 Oktyabr 2024 | 14:35

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırıldı

Şimali Koreyanın Almaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırması ilə bağlı narahatlıq olub.

    Almaniya XİN-in bu addımı Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərməsi ilə bağlı şübhəli xəbərlərdən sonra atılıb.

    “Əgər Şimali Koreya qoşunları ilə bağlı yayılan xəbərlər doğrudursa və Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini qoşun göndərməklə dəstəkləyirsə, bu, ciddi və beynəlxalq hüquqa zidd addım olardı”, - Almaniya XİN-in “X” platformasındakı açıqlamasında bildirilib.


    SON XƏBƏRLƏR