• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

İsrailin Qəzzaya hücumları nəticəsində 1047 tibb işçisi ölüb

DÜNYA

23 Oktyabr 2024 | 17:25

İsrailin Qəzzaya hücumları nəticəsində 1047 tibb işçisi ölüb

İsrailin hücumları nəticəsində indiyədək 1047 tibb işçisi həyatını itirib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş məlumat verib.

Qəzzanın şimalındakı səhiyyə sisteminin fəlakətə sürükləndiyini bildirən Burş bildirib ki, İsrail ordusu şimaldakı xəstəxanaları mühasirəyə almağa davam edir və vətəndaşları öldürür:

"Qəzzanın şimalındakı xəstəxanalarda dərman, su və yemək yoxdur. İsrail ordusu beynəlxalq yardım təşkilatlarının bölgəyə daxil olmasına icazə vermir. Qəzzanın şimalında vəziyyət acınacaqlıdır. İsrail ordusu dünyanın gözü qarşısında müharibə cinayətləri törədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR