• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

7 yeniyetmə avarçəkən qəzada həyatını itirdi

DÜNYA

23 Oktyabr 2024 | 14:18

7 yeniyetmə avarçəkən qəzada həyatını itirdi

Braziliyada yol qəzası nəticəsində 7 yeniyetmə avarçəkən həyatını itirib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, qəza Pelotas şəhərində baş verib.

Polisin məlumatına görə, əyləci sıradan çıxan yük maşını avarçəkmə komandasını daşıyan furqonla toqquşub. Zərbənin gücündən furqon irəli atılıb və başqa bir avtomobilə dəyərək çevrilib. Daha sonra yük maşını çevrilən furqonun üstünə aşıb.

Faciə nəticəsində avtomobildə olan 10 sərnişindən doqquzu ölüb. Onlardan yeddisi yeniyetmə avarçəkən olub.

Yeganə sağ qalan 17 yaşlı bir idmançı olub. Yük maşınının sürücüsü isə yüngül xəsarətlər alıb.\ Report


SON XƏBƏRLƏR