• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Türkiyədə terror aktı: 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİB

DÜNYA

24 Oktyabr 2024 | 00:24

Türkiyədə terror aktı: 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİB

TUSAŞ-da terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 2-si ağır olmaqla 19 yaralı vətəndaşın isə müalicəsi davam edir. Nazir həmçinin, ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini əlavə edib.

***

23 oktyabr, 19:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin də həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

***

18:46

Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçuların zərərsizləşdirilməsi əməliyyatı davam edir.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, hücumda iştirak edən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

Digər terrorçunun zərərsizləşdirilməsi üçün polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Hadisə baş verən obyektin içərisində girovların olduğu bildirilir. Ölü və yaralıların olduğu barədə xəbərlər var.

***

17:18

 Türkiyədə terror hücumu olub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə Ankaranın Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesinin (TUSAŞ)  qarşısında baş verib.

Belə ki, partlayışdan sonra silah səsləri eşidilib.

İşçilərin sığınacaqlara göndərildiyi, ölən və yaralananların olduğu bildirilib.

Mina Mikayılova

 


Türkiyədə terror aktı: 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİBTürkiyədə terror aktı: 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİBTürkiyədə terror aktı: 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR