• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Hizbullah İsrail qərargahına zərbə endirdi

DÜNYA

22 Noyabr 2024 | 22:37

Hizbullah İsrail qərargahına zərbə endirdi

Hizbullah döyüşçüləri Qolan təpələri və Aşağı Qalileydə İsrail ordusunun mövqelərinə raket zərbələri endirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında yayılan məlumatda deyilir.

“İslam müqaviməti döyüşçüləri Kibbutz Maale Qolanidəki “HaHermon” 810-cu ehtiyat piyada briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib.

Həmçinin Hermon dağında, 210-cu ərazi diviziyasında yerləşdirilmiş raket hücumu xəbərdarlığı sisteminə də zərbə endirilib”, - deyə bildirilib.

İsrail ordusunun zabit və əsgərləri arasında itkilərin olduğu qeyd edilir.


SON XƏBƏRLƏR

18 Aprel 2025