• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Braziliyada təyyarə binalara çırpılıb: ölənlər var

DÜNYA

22 Dekabr 2024 | 20:56 | Müəllif: Subhan Mahmudov

Braziliyada təyyarə binalara çırpılıb: ölənlər var

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında yerləşən Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Eduardo Leyti bildirib.

İlkin məlumata görə, təyyarədə olan 10 sərnişindən heç kim sağ qalmayıb. “G1” portalı qeyd edib ki, təyyarə Braziliyanın cənub-şərqindəki San-Paulu ştatına uçurmuş.

Belə ki, təyyarə mebel mağazası və otellərin yerləşdiyi binalara çırpılıb. Qəzadan sonra yanğın baş verib.

Hoteldə qalan 15 nəfər xəstəxanaya aparılıb. Təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub, lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026