• Bakı 19° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib

DÜNYA

21 Yanvar 2025 | 18:25 | Müəllif: Subhan Mahmudov

İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib

İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa ərizəsi verdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS onun bəyanatına istinadən məlumat yayıb.

"Bu gün İsrailin müdafiə naziri İsrael Katsa bildirdim ki, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyim üçün və İsrail Müdafiə Qüvvələrinin əhəmiyyətli nailiyyətlər əldə etdiyi və Qəzza zolağında olan girovlarımızın azad edilməsi haqqında sazişin həyata keçirilməsi prosesində olduğu bir vaxtda 6 mart 2025-ci il tarixində vəzifəmdən getməyimə icazə verməyinizi xahiş edirəm", - Halevinin bəyanatında deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026