• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Tramp: ABŞ Venesueladan neft alışını dayandıra bilər

DÜNYA

21 Yanvar 2025 | 19:26

Tramp: ABŞ Venesueladan neft alışını dayandıra bilər

ABŞ Venesueladan neft alışını dayandıra bilər.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Yəqin ki, Venesueladan neft alışını dayandıracağıq - bizə onların nefti lazım deyil", - deyən Tramp ABŞ-nin öz neftinin kifayət qədər olduğunu əlavə edib.

Qeyd edək ki, ABŞ Venesuelanın neft sektoruna sanksiyalar tətbiq etdiyi 2019-cu ilədək bu ölkədən gündəlik təxminən 0,5-1 milyon barel neft alırdı. 2024-cü ilin sentyabrında idxal bərpa olunub və hazırda gündəlik orta hesabla 260 min barel təşkil edir.


SON XƏBƏRLƏR

21 Yanvar 2025