• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Bakının daha bir küçəsi təmir olunub - VİDEO

CƏMİYYƏT

23 Oktyabr 2024 | 12:55

Bakının daha bir küçəsi təmir olunub - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

Bakıvaxtı.az bu barədə AAYDA-ya istinadən xəbər verir.

Məlumata görə, təmir işləri küçənin “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində icra olunub:

"Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".

Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.


SON XƏBƏRLƏR