• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsi ilə müşahidə olunur

CƏMİYYƏT

22 Noyabr 2024 | 11:31

Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsi ilə müşahidə olunur

Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu sözləri "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.

O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd divziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:

"Bura Qazaxın yeni işğaldan azad olunan kəndləri də daxildir. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir".


SON XƏBƏRLƏR

18 Aprel 2025