• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"İstiqlal" snayper tüfəngini istifadə edən ölkələr açıqlanıb

CƏMİYYƏT

22 Noyabr 2024 | 11:11 | Müəllif: Əli Hüseynov

"İstiqlal" snayper tüfəngini istifadə edən ölkələr açıqlanıb

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, "İstiqlal" snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:

"Silahın satışı məhduddur və az sayda ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026