• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Azərbaycanda məktəblilər İTKİN DÜŞDÜ - FOTOLAR

HADİSƏ

23 Oktyabr 2024 | 13:45

Azərbaycanda məktəblilər İTKİN DÜŞDÜ - FOTOLAR

Sumqayıtda iki məktəblinin itkin düşdüyü bildirilir.

Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt məktəblərinin birində 8-ci sinif şagirdləri – A. Məmmədov və E. Quliyeva (şərti) itkin düşüblər. Bildirilib ki, onlar səhər saatlarında məktəbdən çıxaraq naməlum istiqamətdə gediblər. Hazırda hər iki yeniyetmənin mobil telefonuna zəng çatmır.

Məsələ ilə bağlı Sumqayit24.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sumqayit24.az-a bildirib ki, həmin şəxslərin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Onların tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarışlar və digər zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, itkin düşən yeniyetmələr sinif yoldaşıdırlar.


Azərbaycanda məktəblilər İTKİN DÜŞDÜ - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026