• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gəncədə dəhşətli hadisə: Ər və arvadı bıçaqladılar - YENİLƏNİB

HADİSƏ

22 Noyabr 2024 | 08:53

Gəncədə dəhşətli hadisə: Ər və arvadı bıçaqladılar - YENİLƏNİB

Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, 1968-ci il təvəllüdlü U. Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, gecə saatlarında ər və arvad qohumları tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    23:54

    Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

    Bakıvaxtı.az-ın məlumatına görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, R. Abbasov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    ***23:13

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

    Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə hadisəni E.Huseynovun bacısı oğlu törədib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR