• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb

HADİSƏ

21 Dekabr 2024 | 21:18 | Müəllif: Subhan Mahmudov

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.

Yanğının səbəbi araşdırılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026