Xəbər verdiyimiz kimi, Yevlaxda idarəetmədən çıxan maşın yol kənarındakı kanala düşüb.
Bakıvaxtı.az-ın məlumatına görə, kanala düşən avtomobildə daha bir nəfər olub.
Belə ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Əhmədov Qüdrət Məmi oğlu baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun nəvəsi 17 yaşlı oğlan isə xəsarət almayıb.
Hər iki şəxs Ağdaşdan yas mərasimindən qayıdırmış.
***18:18
Yevlaxda idarəetmədən çıxan maşın yol kənarındakı kanala düşüb.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. İdarəetmədən çıxan "VAZ 2110" markalı avtomobil yol kənarındakı kanala düşüb. Qəza zamanı sürücü yaralanıb.
Faktla bağlı araşdırma aparılır./Unikal




jpg-1739972449.webp)
jpg-1739966699.webp)

jpg-1739964417.webp)




jpg-1739957240.webp)



